Qeyd olunan ünvana çatdırılma saat 10:00 - 18:00 arasında yerinə yetirilir.
Çatdırılma, razılaşdırılmış vaxtda göstərilən ünvanda olmağınızı məcbur edir. Kuryer yola düşməzdən təxminən bir və ya iki saat əvvəl sizinlə əlaqə saxlayacaq.
Online qaydada məhsul əldə etmək istəyən müştərinin müraciəti rəsmiləşdirildikdən və sifariş təsdiqləndikdən sonra, məhsulun çatdırılma vaxtının dəqiqləşdirilməsi üçün müştəri ilə əlaqə saxlanılacaq. Əgər müştəri, çatdırılma üçün təklif edilən gündə məhsulu təhvil ala bilməyəcəksə müştərinin əldə etmək istədiyi məhsul sifarişin təsdiqləndiyi gündən 7 (yeddi) gün ərzində onun adına saxlanılacaqdır. Bu müddət bitdikdən sonra müştərinin sifarişi ləğv ediləcəkdir.*
*Qeyd olunan qayda məhsul üçün ödəniş edilməyən sifarişlərə və bütün çatdırılma növlərinə şamil edilir.
Sifarişin təhvil verilməsi.
Qeyd edilən ünvana çatdırılma dəhlizlərdə və keçidlərdə heç bir maneə olmamaq şərti ilə qeyd etdiyiniz yerlərə yerinə yetirilir. Keçidlərin, qapıların, dəhlizlərin, pilləkənlərin eni, hündürlüyü və uzunluğu qablaşdırmada olan məhsuldan ən azı 5 santimetr böyük olmalıdır.
Əgər qeyd etdiyiniz yerdəki şərtlər məhsulların çatdırılmasına mane edirsə və ya onları zədələyə bilərsə, məhsullar qeyd edilən ünvana ən yaxın olan yerə çatdırılacaq. Kuryer ərazini maneələrdən təmizləmir, otaqdakı obyektlərin yerini dəyişdirməklə məşğul olmur.
Kuryerin vəzifələrinə məhsulların istismarı, xüsusiyyətləri, quraşdırılması və tənzimlənməsi üzrə məsləhətlər daxil deyil.
Sifarişi qəbul edərkən sifarişi çatdıran şəxsin iştirakı ilə siz yoxlaya bilərsiniz:
• sifarişin xarici görünüşünü və qablaşdırılmasını
• sifarişdə olan məhsulların sayını
• komplektlik və müşayiət olunan sənədlərin mövcudluğunu
• çatdırılmanı həyata keçirən şəxsin iştirakı ilə məhsulların texniki xüsusiyyətlərini yoxlamaq hüququnuz var.
Çatdırılma zamanı sifariş sizə və ya sifarişi alan kimi qeyd olunan şəxsə təhvil verilir. Nağd şəkildə verilən sifarişi təhvil almaq mümkün olmadıqda, sifariş onun haqqında məlumat verməyə (göndərmə nömrəsi və/və ya alıcının tam adı), habelə sifarişin dəyərini tam şəkildə ödəməyə hazır olan şəxsə təhvil verilir.
Sifariş məhsulların təhvil verilməsi və çatdırılmanı təsdiq edən müşayiətedici sənədlərin imzalanması ilə sizə çatdırılmış hesab olunur. Müşayiət olunan sənədlər sizə elektron formada da təqdim edilə bilər.
Azərbaycan Respublikasının hüdudlarından kənara çatdırılma (malların ixracı) həyata keçirilmir.
Çatdırılma müddəti:
• Məhsullar Bakı şəhərindəki anbarlarda və ya Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki mağazalarda olduqda çatdırılma müddəti 5 iş günü təşkil edir.
• Əgər məhsul başqa anbar və mağazalardadırsa, çatdırılma müddəti 14 gün təşkil edir.